“Yoluxandan sonra “koronavirus var imiş” demək əbəsdir” – Qorunun ! 

 “İki yaşlı nəvəmi də qoruyuram. Bilirəm ki, bu, indiki dövrün tələbidir”

“Axmaqlar ölümdən qorxmurlar. Ölülər fikirlərini dəyişmirlər”
Bu sözləri Sherg.az”a yazıçı, “Ədəbiyyat” qəzetinin baş redaktoru Elçin Hüseynbəyli sosial izolyasiya qaydalarına əməl olunması ilə bağlı danışarkən deyib. O, bildirib ki, xəstəliklə mübarizənin yeganə yolu qorunmaqdır: 
“Telefon olmayana kimi heç kim ona ehtiyac duymurdu. Buna baxmayaraq, indi insanların əlindən düşmür. Maska da belə olmalıdır. Maska ilə yaşamağa artıq öyrəşməliyik. Əlbəttə, öz canımıza görə də narahat olmalıyıq. Amma eyni zamanda ətrafımızın xətrinə özümüzü qorumalıyıq. Yoluxandan sonra “sən demə, koronavirus var imiş” demək əbəsdir. Bu, gecikmiş etiraf olar. Odur ki, vaxt varkən qorunmaq lazımdır. İki yaşlı nəvəmi də qoruyuram. Bilirəm ki, bu, indiki dövrün tələbidir”.