“Özəl xəstəxana peyvənd üçün 815 manat tələb edib” – İDDİA 

Məşhur bloqer Nagihan Akpınar  Abdullayeva paytaxtda yerləşən özəl klinikaların birindən narazılığını dilə gətirib.
"Sherg.az" xəbər verir ki, bir müddət öncə Türkiyədə yayımlanan izdivac verlişində azərbaycanlı model Fərid Abdullayevlə ailə quran Nagihan Akpınar rəsmi İnstaqram səhifəsində məşhur xəstəxanadan şikayətlənib. O bildirib ki, həkimlər bir yaşlı qızına peyvənd vurmaq üçün 815 manat tələb edib:
“ Türkiyədə olsam, bunu pulsuz edərdilər.  Heç kim bu peyvəndi uşağına vurdura bilməz.”
Bloqer paylaşımına “Uşağıma  baxmadığınız halda 100 azn alan bərbad xəstəxanasan!” sözlərini yazıb.