Azərbaycanda nazirdən yeni vəzifəyə TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr təyinatı olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.
Əmrə əsasən, Sənan Məmmədzadə yeni yaradılan 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin rəhbəri vəzifəsinə təyinat alıb. 
O, bundan əvvəl Suraxanı Rayon Məşğulluq Mərkəzinin direktoru olub.