İşarə edildi ! - “Münaqişəni həll edəcək yeganə güc Azərbaycan Ordusudur”

“30 ilə yaxındır aparılan danışıqlar heç bir nəticə vermirsə, o halda yeganə ümid Azərbaycan Silahlı Qüvvələridir” 



“Görünür, dövlət başçısının da mənasız danışıqlardan səbri tükənib”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. 
Ekspert bildirib ki, ATƏT-in Minsk Qupu Dağlıq Qarabağ münaqişəsini həll etmək qüdrətində deyil: 

“Qarabağ münaqişəsini həll etmək iqtidarında olan yeganə güc Azərbaycan Ordusudur. Prezident İlham Əliyev də çıxışında buna işarə edib. Əgər 30 ilə yaxındır aparılan danışıqlar heç bir nəticə vermirsə, o halda yeganə ümid Azərbaycan Silahlı Qüvvələridir”. 



Qeyd edək ki, Prezident İlham Əliyev Bakıda, Xətai rayonunda yeni istifadəyə verilən modul tipli xəstəxananın açılışı zamanı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün əhəmiyyətsiz olduğunu deyib. Dövlət başçısı ATƏT-in Minsk Qrupunu da sərt təndiq edib: “Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar - substantiv danışıqlar.

Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq”.