Mahmud Abbas İsraillə danışıqlara hazır olduğunu bildirdi

Fələstin rəhbəri Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə söhbətində Fələstin rəhbərliyinin beynəlxalq vasitəçilərin – “dördlüyün” himayəsi altında İsrail ilə yenidən danışıqlara başlamağa hazır olduğunu bildirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “VAFA” Fələstin xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, Kremlin mətbuat xidməti daha əvvəl Rusiya liderinin İsrail-Fələstin münaqişəsinin ədalətli həllini dəstəklədiyini bildirib.