Murad Arif “Belə belə işlərə” irad bildirdi

Sevilən müğənni, bəstəkar Murad Arif sosial şəbəkələrin məşhur səhifəsi “Belə belə işlərə” irad bildirib. 
Sherg.az xəbər verir ki, sənətçi bu barədə rəsmi feysbuk hesabında Flora Kərimovanın “Qaytar eşqimi” mahnısı haqqında verilişi paylaşaraq  yazıb. O səhifəyə müraciət edərək, səhvlərini dilə gətirib: 
“Bütün informasiyanı bir  mənbədən alıb, hər görüntüyə müxtəlif filmlərin adıyla, arada  (lap balaca hərflərlə qıraqdan tərs və nəzərə çarpmayacaq formada) "Bir mahnının tarixçəsi" yazmaq, jurnalist araşdırması, xronologiyanın toplanması, məlumatın hazırlanmasına sayğı deyil... 
Mahnılar xalqındır, amma bunun təhlili, araşdırması, məlumatın toplanması, prosesə aid insanların tapılması, danışdırılması, tarixçəni üzə çıxarıb tarixə çevirmək insan əməyidir. 
Bu, İctimai Televiziya və Radio Yayımları Şirkətində yayımlanan və  Könül Arifqızının müəllif layihəsidir.