Azərbaycanda daha bir çay ekoloji böhranla üz-üzədir - FOTO

Azərbaycanda çay çirklənməyə məruz qalıb.
Oxu.Az-ın məlumatına görə, Tərtər çayındakı acınacaqlı vəziyyət barədə fotolar sosial şəbəkələrdə yayılıb.
Atılan tullantılar səbəbindən çayın suyu çirklənib.
İddia edilir ki, bir çox binanın kanalizasiyası buraya axıdılır. Eyni zamanda, Bərdə Rayon Xəstəxanasının və poliklinikanın çirkabı da çaya tökülür.
Məsələ barədə Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, məsələ barədə araşdırma aparılır, ictimaiyyətə məlumat veriləcək.