Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı İsgəndərov Fərid Vulqar oğlu DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Gəncə xətt Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini vəzifəsinə təyinat alıb.
O, bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi olub.