Daha bir həkim COVID-19-a yoluxdu - FOTO

Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Facebook”da məlumat paylaşılıb.
Bildirilib ki, bir neçə gün öncə Mərkəzi Neftçilər xəstəxanasının reanimatoloqu Elnur Abdullanın COVID-19 testinin nəticəsi müsbət çıxıb. O, çalışdığı xəstəxanada müalicə alır.
E.Abdulla dörd aydır xəstəxanada koronavirusa yoluxmuş xəstələrin sağalması üçün çalışan həkimlərdən biridir.