Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xocalı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Eldar Bağırov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. 

Hələlik onun yerinə təyinat yoxdur.