Kamran Əliyevdən yeni TƏYİNAT 

Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, Günay Məmmədli Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin edilib. 
O bundan öncə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində prokuror vəzifəsində çalışıb. 
Faktı Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.
Xatırladaq ki, prokurorluq orqanlarında son dövrlər aparılan kadr islahatları zamanı xanım əməkdaşların təyinatı diqqət çəkir, gender bərabərliyinin qorunması müsbət qarşılanır.