Daha 200 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə ediləcək

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək.
Bu barədə APA -nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, təxliyə ediləcək vətəndaşlar 11 iyul tarixində Tbilisidə COVID-19 testindən keçiriləcəklər.