Çingiz Qənizadənin oğluna yeni vəzifə verildi

Prokurorluq orqanlarında yeni təyinatlar olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini, Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müavini və Kənan Əliyev Nəsimi rayonun prokurorunun müavini vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.