Müğənnilik eşqinə düşən aparıcılar var !- “...Nə dəyişəcək ki ?!” 

Son illər  şou məkanımıza daxil olan yeni simaların sayı çoxalıb. Xüsusilə də müğənnilik sənətinə  maraq artıb.  Yaxşı səs və  ifa etmə bacarığına malik olan hər kəs öz ixtisasını bir kənara qoyub, sənətə gəlmək istəyir.  Maraqlıdır, şou biznesin içərisində də peşəsini dəyişənlər var.  Kimisi aktyorluqdan, kimisi isə aparıcılıqdan müğənniliyə  keçid edir.  Buna misal olaraq, aparıcılar  Zaur Baxşəliyev, Mikayıl Gülləddinoğlu, Nanə Ağamaliyevanı göstərə bilərik. 

Bəs görəsən sənətkarlar bu barədə nə düşünür?

Məsələ ilə bağlı “Sherg.az”a danışan sevilən   muğam ifaçısı, xaql artisti Səkinə İsmayılova söyləyib ki, ürəkləri istəyir, oxuyurlar:  
“Əsas xalqdır, məsələ camaatın fikrinə qalıb. Mənim münasibətimlə nə dəyişəcək ki ?  Burda  elə bir qəbahət görmürəm. Həm aparıcılıq edir, həm oxuyurlar. Öz sevənləri, çevrələri,  izləyiciləri var, auditoryalarını nəzərə alırlar. Səhnədə aparıcılıq edirsə, oxuya da bilərlər. Lap yaxşı, müsbət yanaşıram. “