İsrail kosmosa yeni nəsil kəşfiyyat peyki buraxdı

İsrail Müdafiə Nazirliyi və İsrail Aerokosmik Sənayesi "Ofek-16" kəşfiyyat peykini uğurla kosmosa buraxıblar.
Lent.az “ICTnews”a istinadən xəbər verir ki, buraxılış "Şavit" işəsalma qurğusundan istifadə nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən kosmodromdan həyata keçirilib.
Müdafiə Nazirliyinin bəyanatına əsasən, "Ofek-16" qabaqcıl elektrooptik kəşfiyyat peykidir. Peyk buraxılışa kimi sınaqlardan keçib.
Xatırladaq ki, İsrailin "Ofek-1" qrupuna məxsus ilk peyki 1988-ci ildə buraxılıb.