TƏBİB-dən çimərliklərdə sosial məsafə ilə bağlı AÇIQLAMA

“Çimərliklərin ərazisində sosial məsafənin saxlanılması qaydalarına hansı formada əməl ediləcəyi sual altındadır”. 
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. 
O bildirib ki, bu gün əsas məqsəd insanların sıx toplaşmasının qarşısını almaqdır:
“Çimərliklərdən istifadə məsələsinə gəlincə, bu gün Bakı ətrafında olan çimərliklərin əhalinin istifadəsinə veriləcəyi halda, ora insan axınının necə olacağını təxmin etmək elə də çətin deyil”.