"Səni bizə bəxş edən Allaha qurban olum" - Məşhurların paylaşımları daha çox izlənilir

 
 Yaşadığımız müasir texnologiyalar əsrində sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib.  Hamıya bir-birinin paylaşımları, statusları maraqlıdır. Xüsusilə də məşhurların səhifələrində yerləşdirdiyi şəkillər, videolar daha çox izlənilir. 

Sherg.az da tanınmışların sosial şəbəkə gündəlikləri ilə tanış olmaq istəyən oxucuları  üçün "İnstaqramdan incilər" adlı rubrikaya start verir. 

Xalq artisti Röya Ayxan evindən çəkdirdiyi şəkili hesabında yerləşdirib.



Müğənni, sevilən sənətkar Sahib İbrahimov instagramda  nəvəsinin doğum gününü şəklini paylaşaraq təbrik edib: "Həyatımızın ilk nəvə payı - Ayan qızım 4 yaşın mübarək. Səni bizə bəxş edən Allaha qurban olum!"




Canlandırdığı Fəlakət obrazı ilə tanınıb, sevilən Elşən Orucov qonaq  olduğu "Zaurla Günaydın" verilişindən aparıcı Zaur Baxşəliyevlə şəklini paylaşıb.



 Müğənni Natavan Həbibi oğlu Zeydlə bir yerdə görüntülərini izləyiciləri ilə bölüşüb.





Ailəsi ilə birlikdə istirahətdə olan müğənni Gülay Zeynallı yaşıllıqlar içərisində fotosunu rəsmi instaqram hesabında paylaşıb.