“Neftçi”nin keçmiş vitse-prezidenti COVID-19-dan vəfat edib


İlqar Quluzadənin ölümünü Azərbaycan Cüdo Federasiyasının əməkdaşı təsdiqləyib


Bakının “Neftçi” futbol klubunun sabiq vitse-prezidenti İlqar Quluzadə koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib.

Sputnik Azərbaycan bu barədə klubun mətbuat xidmətinə istinadla məlumat verir.

“Neftçi”nin sabiq funksionerinin vəfatı barədə ilk dəfə Azərbaycan Cüdo Federasiyasının əməkdaşı Rahim Məhərrəmov sosial şəbəkədə yazaraq onun ölüm səbəbi kimi COVID-19-a yoluxmasını qeyd edib.

İ.Quluzadə 2008-ci ilin iyununadək “Neftçi”nin icraçı direktoru işləyib, 2009-cu ilin sentyabrınadək isə paytaxt klubunun vitse-prezidenti olub.

“Neftçi” klubu İ.Quluzadənin vəfatı ilə bağlı onun yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin!