AZTV-də baş verən dəyişikliklər... - Elnur Eltürk yazır 


Bəzən televiziyaları cəmiyyətin aynası adlandırırlar. İnkişaf etmiş və etməkdə olan ölkələrdə televiziyalar cəmiyyətdə gedən mədəni-sosial  prosesləri istiqamətləndirir. Əbəs yerə deməyiblər ki, televiziyalar insanların altşüuruna təsir gücünə malikdirlər. Neçə illərdir ki, Azərbaycan teleməkanı haqqında sosial şəbəkələrdə, mətbuatda tənqidi fikirləri izləyirik. Bundan təəssüflənməmək olmur. Azərbaycanlı izləyicisi bir zamanlar sevə-sevə izlədiyi televiziyalara baxmaq istəmirdi. Azərbaycan teleməkanında yersiz ifrat şou proqramları, insanların əsəblərinə mənfi təsir göstərəcək verilişlərın meydan sulaması, qeyri-peşəkarların efir məkanlarında tez-tez görülməsi, haqlı olaraq Azərbaycan izləyicilərinin xarici teleməkanlara üz tutmasına səbəb olmuşdur. Bir mənalı olaraq Azərbaycan cəmiyyətində televiziyalarımız haqqında mənfi fikir formalaşmışdır.
Çoxlu tənqidlərdən sonra son illər müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Televiziyalarımızda maraqlı verilişlərlə Azərbaycan izləyicisini yenidən qazanmaq istəyi getdikcə artır.  Televiziyalarımız arasında sağlam rəqabət özünü göstərir. Böyük dəyişiklərin müşahidə olunduğu televiziyalardan biri də, Azərbaycan dövlət televiziyasıdır. Bu gün Azərbaycan dövlət televiziyasında baş verən müsbət repormaları görməmək mümkün deyil. "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun təyinatından sonra vəziyyət müsbətə doğru dəyişməyə başladı.  Televiziyada biri-birindən maraqlı verilişlər yayımlanmağa başladı.

Dövlət televiziyasının ekranlarında debatları, cəmiyyəti maarifləndirəcək verilişləri görürük.   Ölkənin intellektual, yaradıcı və yeni ideyalarla çıxış edən gəncləri dövlət televiziyasının ekranlarında cəmiyyətə tanıtdırılır. Xüsusilə,  informasiya təbliğatında, Qarabağ probleminin beynəlxalq səviyyədə təbliğində  proqramlar yayımlanır. 

Dəyişikliklərin arxasında "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov faktorunu qeyd etmək lazımdır. Rövşən Məmmədov gənc və təcrübəli kadrlardan ibarət komanda yaradıb.  Komanda dövlət televiziyasında müsbət dəyişiklərin dinamikasını təşkil edir. 

Rövşən Məmmədovu 2007-ci ildən tanıyıram. Onun potensialına, bacarığına bələd olaraq deyə bilərəm ki, işə peşəkar yanaşma, yenilik yaratmaq onun fəaliyyət fəlsəfəsidir. Üzərinə düşən işi, məsuliyyətlə, uğurla yerinə yetirmək bacarığı ona xas xüsusiyyətdir. Sosial şəbəkələrdə, mətbutda, ictimai kuluarlarda dövlət televiziyasında baş verən dəyişiklər haqqında xoş sözlər deyilir.

Bunun özü böyük uğur deməkdir. Onlar həm də illərlə itirilmiş izləyiciləri yenidən qazandılar. Rövşən Məmmədov və işgüzar komandası bunu bacardı. 
Elnur Eltürk