Türkiyədən 26 Azərbaycan vətəndaşı təxliyyə olunur

Türkiyədə qalan 26 Azərbaycan vətəndaşı Gürcüstan vasitəsilə vətənə təxliyyə olunur.
Bu barədə Report-a Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.
Hazırda vətəndaşlar Gürcüstan ərazisinə “Sarpi” sərhəd-keçid məntəqəsindən daxil olurlar. Onlar koronavirusla bağlı Türkiyədə testdən keçiblər və arayış əldə ediblər.
Həmin şəxslərin səfirliyin dəstəyi ilə bu gün ərzində “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçməsi təmin olunacaq.