Ermənistanda COVID-19-a yoluxanların sayı 32 mini ötdü

Ermənistanda ötən sutka ərzində daha 182 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub və ölkədə koronavirusa yoluxanların sayı 32 151 nəfərə çatıb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, sutka ərzində 8 nəfər ölüb.
Beləliklə, indiyə qədər koronaviursa yoluxma nəticəsində 573 nəfər ölüb.
Xəstəlikdən sağalanların sayı 19 865 nəfərdir.