Rusiyada koronavirusa yoluxanların sayı 745 mini keçdi

Rusiyada son sutka ərzində daha 6 422 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 746 369 nəfərə çatıb.
Son sutka ərzində 156 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 770 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 523 249 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.