Kamil Zeynallı: "Hər şey əsgərlərimizin, ordumuzun xeyrinədir"

İyulun 12-si günorta saatlarında sərhəddə yaranan toqquşma kəskin şəkildə davam edir. Xalq zəfərə inam hissi ilə ordumuzun Qarabağda qələbə qazanacağı günü gözləyir.
Atışmanın başladığı Tovuz rayonunda əhali hərbiçilərə dəstək olmaq üçün əllərindən gələni əsirgəmir. Tanınmış məşqçi Kamil Zeynallı və Qarabağ qazisi Kamil Musəvi də sərhədə gedənlər sırasındadır. 
"Sherg.az" da birbaşa idmançının özü ilə əlaqə saxlayıb, rayondakı son durumu öyrənib. O, bunları söyləyib:
"Atışma gedir, camaat sakit, hamısı yerindədir. Problem yoxdur. Ordumuza dəstək üçün gələnlər var. Biz də Kamil Musəvi ilə onların içərisindəyik, burdayıq. Döyüşlər ciddiləşib, səslər gəlir. İnşallah hər şey bizim, əsgərlərimizin, ordumuzun xeyrinədir.