“Orduya dəstək mitinqində təxribata əl atanlar yanıldılar”

“Çünki xalq dövlətinin və ordusunun yanındadır və Azərbaycan Polisi dövləti və xalqını qoruyur !"



İyulun 14-dən 15-nə keçən gecə milli ordumuza dəstək məqsədilə keçirilən aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun necə yüksək olduğunu bir daha göstərdi. Biz də ilk saatlarda yürüş iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyətini fəxarətlə izlədik. Lakin sonradan yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi. 

Orduya dəstək nümayişini bir növ hər bir vətəndaşın borcu kimi dəyərləndirən politoloq Yeganə Hacıyevanın "Sherg.az"a açıqlamasına görə, karantin rejiminə rəğmən bu cür dəstək aksiyalarının keçirilməsi alqışalayiqdir:

 "Bu cür qürurverici niyyətlə küçələrə axın edən insanların içərisinə təxribatçı qrupların və sosial mediada informasiya diversiyası edənlərin sızması təəssüfləndirici idi.

Heç şübhəsiz burada əsas məqsəd cəmiyyətin və dövlətin diqqətini döyüş meydanlarından yayındırmaq, sərhəddə baş verən təxribatı ölkənin içərisinə çəkmək cəhdindən ibarət idi.

Diqqət etdinizsə, bəzi ictiami simaların açıqlamaları ya Ermənsitan Mdafiə Nazirliyinin məlumatları idi, ya da onlarla sinxronluq təşkil edirdi. Paralel olaraq daha öncələr adı Azərbaycanda bu və ya diğər siyasi , müxalif qruplara bağlı similar da bu antidövlət ansamblına qoşulmuşdular.

Halbuki Azərbaycan bir dəfə 90-cı illərdə ordu döyüş aparan zaman Bakıda təxribat edib, dövlətin başını qatanları görüb. Məhz erməni işğalı ilə bərabər belə daxili təxribatların sayəsində biz 20 faiz torpaqlarımızı itirmişik.

Dünən isə xalqın Orduya dəstək nümayişindən, Qarabağı azad edək həmrəyliyindən narahat olan qüvvələr Milli Məclisə nə ordu, nə də Qarabağ üçün soxulmuşdular. Onların məqsədi həmin gənclərin "hakimiyyət dəyişmək üçün toplaşmışdı” görüntüsünü ictimailəşdirmək idi.

Amma orduya dəstək mitinqində təxribata əl atıb “tarixi təkrarlamaq” istəyən qüvvələr bu dəfə hesabında yanıldılar. Çünki xalq dövlətinin və ordusunun yanındadır və Azərbaycan Polisi dövləti və xalqını qoruyur !".