Ordumuz da güclüdür, xalqımız da...

Tanınmış sənətkarlar həmrəylik nümayiş etdirdilər


İyulun 12-dən etibarən sərhəddə döyüşlər gedir. Məlumatlara görə qarşı tərəfin itkisi get-gedə artır. Düşmən ölənlərin sayını gizlətsə də şanlı ordumuzun düşmənin döyüş postlarını, dayaq məntəqəsini  məhv etdiyi  faktlarla sübut olunur.

Əminliklə deyə bilərik ki,  əməliyyat qoşunlarımızın nəzarəti altındadır. Bütün bunlar da qəhrəmancasına vuruşan əsgərlərimizin, onlara daim dəstək olan xalqımızın sayəsindədir. 

Biz də “Sherg.az”olaraq hələ toqquşmanın yarandığı ilk gündən şad xəbərlər eşidəcəyimizə inanıb, “Zəfərə doğru” rubrikasını hazırladıq.
 Üçüncü qonağımız  tanınmış müğənni, xalq artisti Mübariz Tağıyev öz həmrəyliyini belə nümayiş etdirib:

“Allah şəhidlərimizə rəhmət eləsin. Düşünürəm ki, ədalət yerini tapacaq. Ordumuz da, xalqımız da həqiqi mənada güclüdür, vətənpərvərdir. Azərbaycan böyükdür, birdir. Sabir Rüstəmxanlı bu yerdə deyir: “Bir dünya hər şeyə  hazırdır!”Amma  hərbiçilərimizin şəhid olmağı üzücüdür. Məzarları  nurla dolsun!”

Sevilən ifaçı, əməkdar artist  Yusif  Mustafayev də ürək sözlərini deyib:

 “Qüdrətli dövlətimiz, Ali baş komandanımız var. Ordumuz  öz  sözünü deyəndir. Azərbaycan təslim olmaz! Allah xalqımızın, dövlətimizin köməyi olsun. İnşallah  hər şey yaxşı olacaq.”