Həkim koronavirusun təhlükəli əlamətlərini SADALADI...

“Tənəffüs yolları, alveollar, damarlar, ürək, böyrəklər və mədə-bağırsaq traktının hüceyrələri zədələnir”




"Koronavirusum təhlükəliliyi onun başqa infeksiyalardan fərqli olaraq, birbaşa daxili orqanlara nüfuz etməsidir. Xüsusən də, tənəffüs yolları, alveollar, damarlar, ürək, böyrəklər və mədə-bağırsaq traktının hüceyrələri zədələnir. Ağciyərlər isə  hamısından daha  çox zədələnir".
Bu barədə "Sherg.az"a həkim kardioloq Yasmin Rüstəmova bildirib. 
Onun sözlərinə görə, zədələnməyə məruz qalmış hüceyrələr isə  çox sayda koronavirusun bənzərini yaradır, sonradan da  məhv olurlar:

"Bunlar  immun sistemində iltihabi cavabın yaranmasına və qorunmasına təkan verir və nəticədə kəskin respirator distres sindrom (KRDS) adlı vəziyyətin əmələ gəlməsinə səbəb ola bilər. Ağciyərlərin hava tutumu azalır, alveollar qapanır, oksigen aclığı əmələ gəlir. İnsanda güclü təngənəfəslik yaranır"

 KRDS-in koronavirus infeksiyası zamanı ölümlərin başlıca səbəbi olduğunu vurğulayan Y.Rüstəmova deyib ki, pnevmoniyanın KRDS-lə nəticələnmə riski xəstənin yaşı, alkoqola aludəsi, siqaret çəkməsi, piylənmədən və ya onkoloji xəstəlikdən əziyyət çəkməsi ilə daha da artır: 

"KRDS-ə qalib gəlmək o qədər də asan deyil. Bunun üçün qanın oksigenlə zənginləşmə dərəcəsini yüksəltmək lazımdır ki, ağciyərlərin məhv olmasınının qarşısını ala bilək. Əvvəla insanın əvəzinə ağciyərlərin süni ventilyasiya aparatı (ASV)  vasitəsilə nəfəs alması  təmin edilir.

Bəzən bu da kifayət etmir. O zaman ekstrakorporal membran oksigenasiya (EKMO) tətbiq edilir, yəni, insanın qanı onu oksigenlə zənginləşdirərək, karbon qazını alan və yenidən insana qaytarılan aparatdan keçirilir. EKMO ağır dərəcəli KRDS və refrakter ürək çatışmazlığı olan COVİD xəstələrinin həyatının xilas etmə vasitəsi ola bilər.

Düzdür, EKMO-nun COVİD müalicəsində effektivliyi, hələ sübut olunmayıb. Lakin EKMO yaşamaq şansı verir.   İmmun sistemi tənzimlənib, superinfeksiya məhv edilənə qədər ağciyərlər bərpa olunur.

O zamana qədər insasnın əvəzinə aparat nəfəs alır. Buna 2-3 həftə vaxt gedir. Ağciyərlərin 50 faizi bərpa olunduqdan sonra isə insanı EKMO-dan ayırmaq olar, amma ASV işləməyə davam edir".