“Ermənistan ağır və sarsıdıcı zərbə aldı” 

“Təsadüfü deyil ki, dünən Minskdə Paşinyan geri çəkilmək məcburiyyətində qaldı və sülh təşəbbüsü ilə çıxış etdi”

“Bu, Azərbaycanın faşist erməni cəmiyyəti və erməni dövləti üzərində əhəmiyyətli qələbəsidir"




"İyul ayının 12 - də təcavüzkar erməni ordusu dövlət sərhədimizin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar". 
Bu sözləri sərhəd bölgəsindəki gərginliyi "Sherg.az"a şərh edən Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı deyib.
 Görülən adekvat tədbirlər nəticəsində düşmənə ağır zərbə endirildiyini və erməni ordusunun itki verərək geri otuzdurulduğunu vurğulayan G.Ağamalı döyüş nəticəsində həlak olan hərbi qulluqçularımıza rəhmət, yaralı əsgərlərimizə şəfa diləyib: 

"Həmin gecə düşmən ordusu xaincəsinə Tovuzda sərhəd boyu yerləşən Silahlı Qüvvələrimizin mövqelərinə ən müxtəlif silahlardan atəş açıb. Düşünürəm ki, bu təxribatın arxasında ermənilərin 2016 - ci il Aprel döyüşlərində məruz qaldıqları ağır məğlubiyyət sindromu dayanır. Dövlətimizin uğurları və hərbi qüvvələrimizin gücü qarşısında aciz qalan Ermənistan rəhbərliyi orduda yüksək əhval - ruhiyyə yaratmaq, sosial - iqtisadi uğursuzluqlarını ört basdır etmək və xüsusən baş nazir Paşinyanın sıfırın altında olan reytinqini yüksəltmək üçün dövlət sərhəddində təxribat törətmək siyasəti yeridib. Bu, daxili auditoriyanın diqqətini ölkədaxili məsələlərdən yayındırmaq üçün Ermənistanın qarşısına qoyduğu məqsədlərdən biridir". 



G.Ağamalını sözlərinə görə Ermənistanın digər hədəfi isə Azərbaycan üçün strateji əhəmiyyətli yüksəkliklərdən birini ələ keçirib, ölkəmizi təhlükə qarşısında qoymaqdan ibarətdir: 

" Bakı - Tibilisi - Ceyhan neft kəməri, Bakı - Tibilisi - Ərzurum - Qars kəməri, eyni zamanda Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan və ciddi strateji əhəmiyyət kəsb edən qaz kəmərinin məhz həmin ərazidən keçməsi sirr deyil. Şərqlə Qərbi birləşdirən Bakı - Tibilisi - Qars dəmiryolunu hədəf götürən Ermənistan bununla həm ölkəmizin uğurlarına kölgə salmaq, həm də sərhəd bölgəsindəki əraziləri təsir altına salmağı hədəf olaraq qarşısına məqsəd qoyub.

Digər məkirli plan isə Ermənistanın Azərbaycan tərəfindən guya təcavüzə məruz qalmasını əsas gətirərək, Kollektiv Təhlükəsizlik Müvaqiləsi Təşkilatının üzvlərini, xüsusi olaraq Rusiyanı bu avanturaya cəlb etmək idi. Bütün bunlar hamısı Ali Baş Komandanın olduqca düşünülmüş, müdrik siyasəti və Milli Ordumuzun qəhrəman və igidliyi sayəsində alt - üst oldu.

Ermənistanın həmin yüksəkliyi ələ keçirməsinə imkan verilmədi. Ermənistanın düşünmədiyi və gözləmədiyi bir şəkildə Azərbaycan Milli Ordusu nəinki onların təxribatının və hücumunun qarşısını aldı, eyni zamanda düşmən ölkənin çoxsaylı canlı qüvvəsini, hərbi texnikasını, döyüş məntəqələrini, kazarmalarını və digər hərbi - strateji obyektlərini yerlə - yeksan etdi.

Hələ də onların meyitləri döyüş meydanında qalmaqdadır" " Azərbaycan lokal xarakter daşıyan bu döyüşlərdə həm hərbi, həm də siyasi və mənəvi - psixoloji üstünlüyünü yüksək səviyyədə bütün dünyaya nümayiş etdirdi. Ermənistan ağır və sarsıdıcı zərbə aldı. Təsadüfü deyil ki, dünən Minskdə Paşinyan geri çəkilmək məcburiyyətində qaldı və sülh təşəbbüsü ilə çıxış etdi.

Əlbəttə, bu, Azərbaycan Dövlətinin, Ali Baş Komandanın, Milli Ordunun və bütövlükdə Azərbaycan Xalqının faşist erməni cəmiyyəti və erməni dövləti üzərində son dərəcə mühüm və əhəmiyyətli qələbəsidir".