Merve həyat yoldaşına təşəkkür etdi : "Hər günümü bahar, bağça..."


Ötən fevral ayında Kənan Koçakla nigah masasına oturan Türkiyəli müğənni Merve Özbey 32 yaşına qədəm qoyub. Məşhur müğənni, yaxın yoldaşlarını bir araya yığaraq ona ad günü sürprizi edən həyat yoldaşına, ictimai media hesabından paylaşdığı kadrla təşəkkür edib.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, qarşılaşdığı mənzərə qarşısında duyğulanan müğənni, Instagram hesabından həyat yoldaşı ilə bir-birlərinə sarılarkən çəkilən fotonu paylaşdı və "Hər günümü bahar, bağça edirsən. Daha çox yaşamaq istəyirəm. Bizimlə, ailəmizlə, sevdiklərimizlə yoldaşlarımızla, daha çox anı xatirəyə çevirmək istəyirəm. Etdiyin, yaşatdığın hər şey üçün minlərlə dəfə təşəkkür etsəm, azdır. Səni çox sevirəm, Kənan Koçak. Dünən axtaran, soruşan ad günümü qeyd edən, sürprizə ortaq olan bütün yoldaşlarıma çox təşəkkür edirəm. Yaxşı ki varsınız" sözləriylə təşəkkür edib.

Turan