"Lester" "Tottenhem"ə böyük hesabla uduzub


İngiltərə Premyer Liqasında XXXVII tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 2 oyun keçirilib.

Öz meydanında "Sauthempton"a məğlub olan "Bornmut" elitada qalmaq şansını minimuma endirib.

Avropa Liqasına düşməyi hədəfləyən "Tottenhem" isə ilk "dördlük"də möhkəmlənməyə çalışan "Lester"i qəbul edib. Rəqibi üzərində asan qələbə qazanan London təmsilçisi "Lester"ə Çempionlar Liqasına vəsiqə yolunda böyük zərbə vurub.

Turun qalan oyunları 20-22 iyulda keçiriləcək.