Əməkdar artist şəhidlərdən danışdı: “Özümə yer tapa bilmirəm”

Hazırda tarixə düşəcək günlər yaşayırıq. Həm koronavirus infeksiyası, həm  də Tovuzda gedən döyüşlər, şəhidlərimizin acısı hər kəsdə dərin bir məyusluq hissi yaradıb. Ovqtanımızı əməlli-başlı təlx edib. Kimliyindən və vəzifəsindən asılı olmayaraq hər kəs hüzün və ümidləri bir yerə toplayıb Qarabağlı çağlarımızın geri qayıtmağını gözləyir. Cənab Prezidentin apardığı uğurlu və qətiyyətli siyasətə söykənib, buna inanır. Sevindirici haldır ki,  millətimiz həmrəylik nümayiş etdirərək düşmənlə hər cəbhədə savaşır. 

“Sherg.az” da belə çətin dövrdə dəyərli sənətkarların tövsiyyələrini oxucularına çatdırmağa davam edir.

Bu dəfə isə əməkdar artist Aybəniz Haşımova ilə həmsöhbət olaraq baş verən hadisələrə münasibətini öyrəndik. Sənətkar xalqımızın tez bir zamanda bu bədnam bəladan qurtulmasını arzu etdi:

“Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, ailələrinə səbr diləyirəm. Onlarla bərabər mən də ağlayıram. Bilirsiz ki,  axır vaxtlar səhhətim də yaxşı deyil. İnanırsız, özümə yer tapa bilmirəm.”

Aybəniz xanım,  orduda könüllü işitirak etmək üçün səfərbər olan vətəndaşlarımızdan da söz açıb: 

“Əlbəttə bu, çox gözəldir ki, hamı bir nəfər kimi hazırdır. Qürur duyuram ki,  millətimiz birlik, həmrəylik nümayiş etdirir və ordumuza dəstəkdir. İçi mən qarışıq  hamımız xalqın əsgəriyik.  Torpaqlarımızın, dövlətimizin, xalqımızın uğurunda savaşmağa hazırıq. İstər musiqinin dili ilə, istərsə də silaha sarılıb.  Təki müstəqilliyimiz, torpaqlarımız əldən getməsin. Vətənimiz, millətimiz var olsun !”