Nəzakət Teymurova evdə izolyasiya qaydalarına əməl edir

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Nəzakət Teymurova xəstəliyin öhdəsindən gələrək sağalıb. Sənətçi  müalicəsinə göstərdiyi köməyə görə, Azərbaycanın I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür etməyi də unutmayıb.

 O, rəsmi feysbuk səhifəsində ürək sözlərini qələmə alıb:
 “Hörmətli Mehriban xanım! Bir sənət insanı olaraq Sizin qayğınızı hər zaman hiss etmişik. Bu çətin günlərimdə, amansız xəstəliyə qalib gəlməyimin də səbəbkarı siz və fədakar həkimlərimizdi. Xəstəxanada yatarkən Sizin insansevərliyinizin bir daha şahidi oldum. Öz və ailəmizin adından Sizə və rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun bütün əməkdaşlarına təşəkkür edirəm! Allah Sizi qorusun!“.

“Şərq” sağlıq durumunu öyrənmək məqsədilə sənətkarın özü ilə əlaqə saxlamağa çalışıb. Telefona ifaçının qızı cavab verərək Nəzakət xanımın səhəti ilə bağlı bunları söyləyib:

“Yaxşıdır, bu gün xəstəxanadan çıxıb. Tamamilə sağlamdır, evdə izolyasiya qaydalarına əməl edir”. 
Qızı Xalq artistinin  koronavirusa necə yoluxmasından da danışıb: “Nəzakət xanımın bir ilə yaxındır ki, ciyərlərində problemləri var idi. Bu da elə oldu ki, baş verdi”.