Ədalətli olaq

Murad Arif: "Kiminsə səhifəsi reytinq və izləyici toplasın deyə, heç kəsin nüfuzu və səhhətiylə oyun aparılmasına imkan verməyək"


Müğənni, bəstəkar Murad Arif  ”Popumuz var “ verilişi ilə  zaman-zaman gündəmə gəlir, tənqid də, təqdir də olur. Verilişdə tanınmış qonaqların açıqlamaları həftələrlə sosial şəbəkələrdə müzakirələr yaradır. Bəzən bunların nəticəsində  həmin məşhurlar sərt tənqidlərə məruz qalır. 
Murad Arif də tənqidlərin çoxluğunu nəzərə alaraq  veriliş sonrası  yazılanlara  etirazını bildirib. 

"Sherg.az" xəbər verir ki, sənətçi  sözügedən məsələ ilə bağlı  rəsmi səhifəsində yazıb:

“Neçənci dəfədir ki, "Popumuz var!" layihəsində səslənən cümlələr, kontekstdən qoparılaraq, qonağa qarşı kampaniya formasında tirajlanır. Qonağın söyləmədiyi cümlələr başlığa çıxır. Montaj olunaraq, fikrin əvvəli kəsilir və nəticədə, cümlənin ardı "qonağın nəzərdə tutmadığı ifadə" şəklini alır. Şübhəsiz ki, maraqlı qüvvələr və şəxsi səbəblər də var. Bu həm də, ajiotaj yaratmaq istəyən adminlərin səyidir. Hər nədirsə... Tamaşaçılardan rica edirəm, verilişə tam baxsınlar, hər cümləni mövzunun içində, yenidən nəzərdən keçirsinlər. Hər birinizin, hər birimizin əsəbinə heyifdir... Kiminsə səhifəsi reytinq və izləyici toplasın deyə, heç kəsin nüfuzu və səhhətiylə oyun aparılmasına imkan verməyək. Ədalətli olaq”.