"Xalqımıza, Ordumuza, şəhid ailələrinə dəstəyiniz bu xalqın gözündə Sizi ucaldacaq"

Əslən tovuzlu Ruhi Əliyeva Mehriban Əliyevaya təşəkkür məktubu yazdı

Azərbaycan dövlətinin vətəndaşların maraqlarının qorunması, problemlərin həllinə operativ yanaşma  tərzi və qayğısı danılmazdır. Həm cənab Prezident İlham Əliyev, həm də vitse-prezident Mehriban Əliyeva millətimizin rifahı üçün çalışır, bu yolda əllərindən gələni əsirgəmirlər. Onların çabaları, işləri xalqın gözündən qaçmır, hər zaman təşəkkürlərini bildirirlər.

"Sherg.az" xəbər verir ki, şou-biznes cameəsinin tanınan simalarından olan Ruhi Əliyeva da rəsmi sosial şəbəkə hesabında ölkənin birinci xanımı, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevaya  təşəkkür məktubu ünvanlayıb:

"Vətən topraqları uğrunda şəhid olmuş hərbiçilərə ən yüksək səviyyədə dövlət qayğısının göstərilməsi, sizin göstərişinizlə səlahiyyətli nümayədələrinizin qısa müddət ərzində Tovuz döyüşlərində qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin ailələrində olaraq onları hər cür qayğı ilə əhatə etmələri, problemlərinin həlli, yaşayış səviyyələrinin yaxşılaşdırılması üçün verdiyiniz tapşırıqlar ölkə vətəndaşları tərəfindən çox müsbət qarşılandı.

2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də siz yenə ən ali səviyyədə vətənpərvərlik, qayğı və mərhəmat nümayış etdirərək şəhid ailələrimizi yalnız buraxmadınız. Onların kədərlərinə şərik olduğunuzu, dərdlərini bölüşdüyünüzü bildirməklə göstərdikləri qəhrəmanlıq və şücaətlə qürur duyduğunuzu və fəxr etdiyinizi bildirdiniz. Bu Sizin xalqımıza nə qədər bağlı olduğunuzun göstəricisi olmaqla torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimizə verdiyiniz yüksək dəyərdir".

"Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, ölkə rəhbərliyi ordumuzun arxasındadır" deyən R.Əliyeva Azərbaycan Respublikasının I vitse-prezidentinin şəhid ailələrini, qaziləri heç bir zaman tək qoymadığını vurğulayır.

R.Əliyeva müraciətində daha sonra qeyd edir:

"Artıq anlayırıq ki, düşmən hər cəbhədə xalqımıza qarşı mənfur hücumlar təşkil edir. Belə bir həssas dönəmdə sizin xalqımıza müraciət edərək düşmənlə istər ön cəbhədə, istərsə informasiya cəbhəsində mübarizədə öz məsləhətlərinizi verməyiniz, hər bir vətəndaşımıza, xüsusilə gənclərimizə analıq hissləri ilə verdiyiniz tövsiyə sadəcə alqışalayiqdir.

Hörmətli Mehriban xanım!

Xalqımıza, ordumuza, şəhid ailələrinə və qazilərimizə olan sevgi dolu münasibətiniz və dəstəyiniz bu xalqın gözündə sizi daim ucalarda saxlayacaq.
Qeyd edək ki, Ruhi xanım əslən Tovuz rayonundandır, 3 gün davam edən şiddətli döyüşlər zamanı sərhəddə savaşan əsgərlərə yardım göndərib.