İndi su aydınlıq yox, sağlamlığa təhlükədir !

Zərdab rayonunda çirkab suları insanların sağlamlığı üçün təhdiddir

Məhərrəm Zülfüqarlı bu əməli törədənlərə cəza tələb edib



Zərdab rayonunda çirkab suları insanların sağlamlığı üçün təhlükə yaradır.
Təhlükə mənbəyi rayonun Azərbaycan küçəsi, bina 16-nın qarşısında yerləşir.
Vətəndaşlar bildirib ki, məsələ barədə dəfələrlə Zərdab Rayon İcra Hakimiyyətinə müraciət etsə də, məsələ öz həllini tapmır. Ərazidə yaşayan 128 ailənin sağlamlığı təhlükə altındadır.   Natəmizlik səbəbindən ətrafa yayılan üfunət iyi sakinlərin təmiz havaya olan ehtiyacına da əngəl olur.

Vəziyyəti qiymətləndirən AVCİYA-nın Seçki Qərargahının rəhbəri  Məhərrəm Zülfüqarlı bu problemlə bağlı “Sherg.az”a danışıb və həlli yolunu göstərib:

“Analoji çətinliklər təkcə rayonda yox, paytaxtda da var. Çirkab suları ya Xəzər dənizinə, ya da Kür çayına axıdılır. Çünki biz beynəlxalq praktikadan istifadə etmirik. Xaricdə obyekt tikilməzdən əvvəl kanalizasiya xəttləri çəkilir.

Bizdə isə, əksinə. Şamaxının Muğanlı kəndindəki torpaq sürüşməsinin səbəbi də bu idi. Belə ki, çirkab suları torpağa axıdıldığına görə, aşınmalar əmələ gəlmişdi”. 
 
M.Zülfüqarlı bu əməli törədənlərə cəza tələb edib:

“Düzdür, Zərdab Aran rayonu olduğu üçün istirahət mərkəzləri elə də çox deyil. Lakin restoranlar, kafelər var. Yəqin ki, onların çoxu qaydalara əməl etməyək, təbiətə, ekologiyaya zərər verirlər. Həmin şəxslər və müvafiq qurumlar məsuliyyətə cəlb olunmalı, cərimələnməlidirlər