Akif Aşırlı "Əməkdar Jurnalist" fəxri adına layiq görüldü 

Azərbaycan prezidenti İlham Əliyev  kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. 
"Sherg.az" xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutan ölkə başçısı tərəfindən kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə bir qrup jurnalistə “Əməkdar jurnalist”, “Əməkdar mədəniyyət işçisi” və fəxri adları verilib. Təltif olunanlar arasında "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının da adı var. 
P.S. "Şərq" qəzeti kollektivi olaraq baş redaktorumuz  Akif Aşırlının timsalında  mükafatlandırılan bütün həmkarlarımızı təbrik edirik.