“Bunu jurnalist fəaliyyətimə verilən ən yüksək qiymət hesab edirəm”

“Məlum sərəncam dövlətimizin pandemiya dönəmində belə mediaya diqqət və qayğısını əsirgəmədiyini göstərdi”


Məlum olduğu kimi, dünən ölkə başçısının sərəncamı ilə bir qrup jurnalist fəxri adlarla təltif olunub ki, onların arasında “Şərq” qəzetinin baş redaktoru, araşdırmaçı jurnalist Akif Aşırlı da var.
Moderator.az-a açıqlamasında ölkə başçısına təşəkkürünü bildirən Akif Aşırlı, dövlətin pandemiya şəraitində belə mediaya qayğı ənənəsini davam etdirdiyini vurğuladı:

“Ötən gün ölkə başçısının sərəncamı ilə bir qrup media əməkdaşı müxtəlif fəxri adlarla təltif olundu ki, onlardan da biri mən oldum. Ölkə başçısı tərəfindən fəxri adla təltif edilməyimi jurnalist fəaliyyətimə verilən ən yüksək qiymət hesab edirəm. Hesab edirəm ki, bu, sadəcə mənə deyil, “Şərq” qəzetinin kollektivinə, onalrın əməyinə verilən dəyərdir.  Mən buna görə ölkə başçısına təşkkür edir, minnətdarlığımı bildirirəm.

Ölkə başçısının məlum sərəncamının daha bir önəmi bu sərəncamın bütün dünyanın koronavirus pandemiyasına qarşı mübarizə apardığı bri vaxtda verməsi oldu. Bu sərəncam bir daha sübut etdi ki, dövlətimiz pandemiya dönəmində belə mediyaya diqqət və qayğı göstərməkdə davam edir, onun inkişafı istiqamətində ardıcıl addımlar atır. Bu isə mediamızın inkişafı, tərəqqisi baxımından olduqca önəmlidir.

Mən bir daha ölkə başçısına təşəkkür edirəm və inanıram ki, mediamız bundan sonra da mili maraqlarımızın, dövlətçilik mənafeyimizin müdafiə edilməsində yaxından iştirak edəcək, dövlətimizin inkişafına öz töhfəsini verəcək”.