“Düşmən həm ifşa edilməli, həm də cəzasını almalıdır” 

“Los-Ancelosda ermənilər azərbaycanlılara qarşı öz xarakterlərinə uyğun vandalizm sərgilədilər”

 “Əslində bu cür vəhşi davranışları ilə dünya ictimaiyyətinin gözünün açılmasına şərait yaradırlar”



“Son günlər xarici ölkələrdə yaşayan azərbaycanlılarla ermənilər arasında qarşıdurma getdikcə kəskinləşir”. 
Bunu “Sherg.az”a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. 
QAT rəhbəri bildirib ki, qarşılıqlı nifrət əvvəllər də var idi və müəyyən toqquşmalar yaşanırdı. Ancaq Tovuz istiqamətindəki erməni təxribatından sonra dünyanın əksər ölkəsində soydaşlarımız görünməmiş şəkildə fəallaşdılar: 

“Tovuz hadisəsi azərbaycanlılara stimul verdi. Bir çox ölkədə kütləvi, izdihamlı aksiyalar təşkil olundu, ermənilər əleyhinə şüarlar səsləndirildi. Bundan narahat olan ermənilər aksiyalarımıza qarşı təxribatçı mitinqləri ilə cavab verməyə çalışdılar. Əksər ölkədə səfirlik və konsulluq binası önünə toplaşan azərbaycanlıların sayı ermənilərdən dəfələrlə çox olurdu. Niyyətləri pis olsa da, ermənilər qorxudan heçnə edə bilmirdilər. Azərbaycanlılar isə sivil toplaşma hüquqlarından istifadə edir, qanunsuz hərəkətlərə rəvac vermirdilər. Hətta Ermənistan səfirlikləri önünə yığışaraq etirazını bildirən soydaşlarımız heç bir qanunazidd addım atmırdılar. Amma Los-Ancelosdakı Baş Konsulluq binasının qarşısında ermənilər daha çox olduqları üçün azərbaycanlılara vəhşicəsin hücum çəkdilər. Öz xarakterlərinə uyğun vandalizm sərgilədilər”. 

A.Nağı vurğulayıb ki, azğınlaşmış ermənilər xarici ölkələrdəki Azərbaycan səfirliklərini və konsulluqlarını daşa basır, binanın qarşısında dayanan şəxslərə güc tətbiq edirlər: 

“Azərbaycanlıların həmrəyliyindən təşvişə düşən ermənilər Los-Ancelosda soydaşlarımıza hücum çəkərək ağır xəsarətlər yetirdilər. Hər ortamda sübut edirlər ki, onların sülhlə yaxından-uzaqdan əlaqəsi yoxdur.

Ermənilərin mayası təxribatla yoğrulub. Əslində bu cür vəhşi davranışları ilə öz xislətlərini ortaya qoyur, dünya ictimaiyyətinin gözünün açılmasına şərait yaradırlar. Aksiyalara ciddi nəzarət olmalı, tərəflərin qarşı-qarşı gəlməsinə imkan verilməməlidir.

Hüquq-mühafizə orqanları ayıq-sayıq davranmalıdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq, soydaşlarımızın hər birinin taleyi bizim üçün vacibdir. Azərbaycanlıların təhlükəsizliyi üçün müvafiq qurumlara müraciət etməliyik.

Vacib məqamlardan biri də odur ki, azərbaycanlılara hücum edən, xəsarət yetirən erməni caniləri müəyyən olunaraq mütləq cəzalandırılmalıdır. Düşmən həm ifşa edilməli, həm də cəzasını almalıdır”.