Tovuzdakı bərpa işlərinə SÖZARDI: “Prezident vətəndaşların yanındadır”

İyulun 12-dən etibarən Ermənistan Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub.

Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Prezident İlham Əliyev mühüm Sərəncam imzalayıb.

Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

Sərəncama dair fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Asim Mollazadə bildirib ki, ölkə başçısı hər zaman vətəndaşların yanındadır:

“Çox müsbət haldır ki, Azərbaycan dövləti vətəndaşlarına qayğı göstərir. Düşmənin vurduğu ziyanın qarşısını almaq istiqamətində zəruri olan bütün işlər görülür. Bunlar onu göstərir ki, çətin müharibə şəraiti və karantin rejiminə rəğmən dövlətimiz vətəndaşların yanında olmağa çalışır. Fikrimcə, Tovuzda bərpa işləri müsbət haldır. Gələcəkdə də düşmən zərbəsi zamanı dövlətimiz bunun qarşısnı almaqla yanaşı, bərpa işlərini də həyata keçirəcək”.