Flora Kərimova ad gününü kədərlə andı

"Son hadisələr ümid verir ki, Şuşamı, Ağdamı, Qarabağımı görə biləcəm"

İyulun 23-ü dəyərli sənətkarımız, yaşayan əfsanə Flora Kərimovanın ad günüdür. 
Bizə ehtiyac qalmadan Flora xanım özü bu barədə ürək sözlərini qələmə alıb.
Sherg.az xəbər verir ki, xalq artisti rəsmi feysbuk səhifəsində status yazıb: “Bu gün Ağdamın işğalından 27 il ötür! Anası qarabağlı olan  mənim ad günümü  unutduğum gündür! 27 ildir bu ağrı mənim, millətimin təqvimindədir.
Bir ana övladının yoxluğuna ağlayırsa, bir övlad atasız qalıbsa, ürəyim sevinə, üzüm gülə bilməz! Haqqım yoxdur! Bağışlayın məni!
Bağışlayın ki, yazılan hər xoş sözünüzə,  yazınıza, sayğınıza tək-tək münasibət bildirmək  fürsətim olmur. Ancaq sizlərə, siz-xalqa hər zaman təzimim var! Var olun! 
Son hadisələr ümid verir ki, Şuşamı, Ağdamı, Qarabağımı görə biləcəm. O zəfər günü fərəhimə, qürurlanmağıma səbəb olacaq ki, bu acı çağlar qələbəmizlə tariximizin səhifələrində qalacaq! Qismət olsun... Öpürəm hər birinizi!”.