SENSASİON ÇAĞIRIŞ: “Səfirliklərimizin mühafizəsi gücləndirilməlidir” - Erməni terraktları... !

“İndi bütün ermənilər iflasa uğradıqlarını dərk edirlər və bu da onları aqressivləşdirir”

“Hətta erməni terror təşkilatları da bu prosesə qoşulsun. Odur ki, maksimum diqqətli olmaq lazımdır”




“Radikal erməni qüvvələri tərəfindən soydaşlarımıza qarşı son dərəcə aqressiv təxribatçı əməllərin, fiziki zorakılıq hallarının artması hamımızı narahat etməlidir”.
Bu sözləri “Sherg.az”a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. 
Partiya rəhbəri bildirib ki, Azərbaycan ordusundan layiq cavabını alan Ermənistanın davakar və pozucu siyasətinin dünya miqyasında ifşa olunması nəinki rəsmi İrəvanı, eləcə də xaricdəki erməni diasporlarını da qəzəbləndirib: 

“İndi bütün ermənilər iflasa uğradıqlarını dərk edirlər və bu da onları gün-gündən daha da aqressivləşməyə sövq edir. Ona görə də ermənilər Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçika və başqa ölkələrdə təxribatlara, barbar hərəkətlərə, vandalizmə əl atırlar. Bu isə həm diplomatik korpuslarımız üçün, həm də xaricdə yaşayan soydaşlarımız üçün ciddi təhlükəyə çevrilməkdədir. ABŞ-ın Bakıdakı səfiri XİN-ə çağırılıb və polisin ermənilərin hücumu zamanı Baş Konsulluğumuzu və soydaşlarımızı qoruya bilməməsi ilə bağlı səfirə iradlar bildirilib. ABŞ səfiri ermənilərin bu hərəkətlərini qaragüruh əməli kimi qiymətləndirib və məsələnin araşdırılacağını, təxribatçıların cəzalandırılacağını bildirib. Lakin səfirin zəmanəti radikal ermənilərin azərbaycanlılara qarşı bundan sonra yol verə biləcəkləri barbar davranışların qarşısını almağa qadir deyil”. 



Ə.Hüseynovun sözlərinə görə, rəsmi Bakın dost ölkələrə müraciət edərək, diplomatik nümayəndəliklərin mühafizəsinin, diplomatların və soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırmalıdır: 

“Radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq mühafizə orqanları tərəfindən araşdırılması və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsi tələb edilməlidir.

Şübhəsiz, Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Bunun əyani təsdiqi kimi soydaşlarımıza müvafiq yardımlar edilib. Ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərimizə təlimatlar da verilib. Lakin bu aralar əlaqədar dövlət qurumlarımız, xaricdəki soydaşlarımız həmişəkindən daha ayıq-sayıq olmalıdır.

Çünki istisna deyil ki, ermənilər yenə gərginliyi artırmağa çalışacaq. Ola bilsin, hətta erməni terror təşkilatları da bu prosesə qoşulsun. Odur ki, maksimum diqqətli olmaq lazımdır. Həmçinin, dost ölkələri də öncədən xəbərdar etməliyik. Həmin ölkələrdə baş verə biləcək teraktları önləmək üçün indidən hərəkətə keçməliyik.

Səfirliklərimizin mühafizəsi gücləndirilməlidir. Döyüş meydanında Ordumuza uduzan ermənilərin diasporların mübarizəsində bizə qalib gəlməsinə əsla yol verməməliyik”.