PƏRDƏARXASI  ! - “Tovuz təxribatında çox ciddi məsələlər var” - Döyüşlər başlasın !

“Azərbaycan hərbi təzyiqləri artırmalıdır. Qarabağda bir sıra ərazilərimiz ermənilərdən təmizlənməlidir”



“Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycan tərəfinə şərt irəli sürüb. Paşinyan Qarabağ separtçılarını “tərəf” kimi təqdim edərək, atəşkəsin qorunması üçün beynəlxalq monitorinq sisteminin yaradılmasının vacibliyini vurğulayıb”. 
Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Ekspert bildirib ki, bu şərtlərdən sonra, ümumiyyətlə danışıqların aparılması mənasızdır: 

“Erməni baş nazirin bu şərtləri Minsk qrupunun fəaliyyətini heçə endirməklə, bütün prosesin üzərindən xətt çəkmiş oldu. Paşinyanın apardığı siyasət münaqişəni alovlandırmağa xidmət edir.



Azərbaycan XİN Paşinyanın şərtlərinə qarşı kəskin etirazını bildirməli, Minsk qrupunun üzvülərini məlumatlandırmalıdır. Paşinyanın təklifləri, faktiki olaraq Ermənistanın danışıqlardan yayınması deməkdir. Bundan əlavə, Paşinyan bu açıqlması ilə daxildə Ermənistanın ağır itkilərini sığortalamağa çalışır”. 

Analitik qeyd edib ki, Azərbaycan Qarabağ istiqamətində Ermənistana güclü zərbələr endirməlidir: 

“Ermənistanla danışıqlar mərhələsi faktiki süquta uğrayıb. Danışıqlar bərpa olunsa da, Azərbaycan öz təklifləri ilə çıxış etməli, pararlel olaraq hərbi təzyiqləri artırmalıdır. Tovuz hərbi təcavüzündə çox ciddi məsələlər var. Ona görə də Qarabağ istiqamətində bir sıra ərazilərimiz ermənilərdən təmizlənməlidir. Lokal döyüşlərə başlamalıyıq”.