"Ermənilər bütün tarix boyu zəiflədikləri anda terrora əl atıblar" - Partiya sədri 


 Ermənilərin Tovuzda başladıqları təxribat artıq başqa müstəviyə keçib, beynəlxalq xarakter alıb. Müxtəlif dünya ölkələrində soydaşlarımıza qarşı təzyiqlər erməni xislətini bir daha üzə çıxarır. Necə deyərlər, quyruğu qapıda qalan düşmən ən son variant kimi bu cür terror aktlarından istifadə etməyi qərara alıb.

 Millət vəkili, Azərbaycan Demokratik Islahatlar Partiyasının sədri Asim Mollazadə "Sherg.az"a açıqlamasında bunun təəccüblü olmadığını deyib:

"Onlar həmişə - bütün tarix boyu zəiflədikləri anda terrora əl atıblar. 1960-70- ci illərdə ASALA təşkilatının törətdiyi terror aktlarını ancaq özləri unuda bilər. Amma tarix baş verənləri yaddan çıxarmır. Ermənilərin indi dünya ölkələrində həmvətənlərimizi necə incitdikləri göz qabağındadır. Hətta Kiyevdə bir neçə tələbəmizə atəş açılıb. Bu, beynəlxalq terrordur".

A. Mollazadə, həmçinin bildirib ki, ermənilər beynəlxalq hüquq qarşısında cavab verməlidirlər:

"Biz qisas yox, ədalət istəyirik. Odur ki, təxribatları törədənlər həbs edilməli,  məhkəməyə çıxarılmalıdır. Və mütləq hüququn aliliyi təmin olunmalıdır".