Polina Qaqarina boşanma xəbərlərinə münasibət bildirib


33 yaşlı müğənni Polina Qaqarina ilk dəfə boşanma xəbərlərinə münasibət bildirib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin fotoqraf əri Dmitri İsakovla ayrılması maydan gündəmdən düşmür. Hələ də boşanma prosesləri davam edən cütlük dost kimi münasibətlərini davam etdirəcəklərini bildiriblər.

Qaıldığı tədbirlərdən birində media nümayəndələrinə açıqlama verən Polina "Mənimlə bağlı işlərim danışsın. Şəxsi həyat haqda susmağa üstünlük verirəm" sözlərini deyib.

Polina onu da əlavə edib ki, keçmiş ərini şirkətində direktor vəzifəsindən uzaqlaşdırıb. Qaqarina Dmitrini sosial şəbəkədə izləmədən çıxarmasa da, İsakov onu silib.