“...Son körpüləri də yandırdılar” – RİYAKARLIQ !

 “Başa düşmürlər ki, düşmənə dəstək olanlar həmişə düzdə qalırlar”

“Onlar dünya birliyinin Azərbaycanı dəstəklədiyini görür, qıcıqlanırlar”

“Deməli, ermənilərdən heç bir fərqi yoxdur və düşmənlərimizdirlər”



Hərbi həmlələrinin nəticəsiz qaldığını görən ermənilər artıq başa təxribatlara əl atırlar. Onlar xarici ölkələrdə yaşayan soydaşlarımıza təzyiq göstərməklə kifayətlənmir, hətta müxtəlif anti-milli qüvvələri Azərbaycan xalqının üzərinə hücuma keçməyə təşviq edirlər.

Belə ki, Əli Kərimli, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Arif Məmmədov və bu kimi başqaları ermənilərin tapşırığı ilə həqiqətə uyğun olmayan bəyanatlar verməyə, çıxışlar etməyə başlayıblar. Onlar xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verirlər. Bu şəxslər həmvətənlərimizin vətənpərvərlik  aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da ermənilərin mövqeyinə xidmət göstərir, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edilər.

 Bu barədə “Sherg.az”a danışan politoloq Tofiq Abbasov “sapı özümüzdən olan baltalar”ın heç nəyə nail ola bilmədikləri qənaətindədir:

“Belələrinin atdığı addımlar məntiqə sığmır. Onlar sadəcə çirkin əllərini öz üzərlərinə sürtürlər. Başa düşmürlər ki, düşmənə dəstək olanlar həmişə düzdə qalırlar. Tarix boyu, o cümlədən Hitler Almaniyası dövründə bu cür satqınlar olub.

Sonradan onlar ağır cəzalara layiq görülüb, güllələniblər. Yəni antimilli siyasət yeridən azərbaycanlılar vətənlərinə gələn son körpüləri də yandırdılar. Qürbətdə qala-qala isə heç nəyə nail ola bilməzlər. Onlar dünya birliyinin Azərbaycanı dəstəklədiyini görür, qıcıqlanırlar.

Deməli, ermənilərdən heç bir fərqi yoxdur və düşmənlərimizdirlər”.