2032-ci il Yay Olimpiya Oyunlarına hansı dövlətlərin ev sahibliyi etmək istədiyi məlum oldu

2032-ci il Yay Olimpiya Oyunlarına hansı dövlətlərin ev sahibliyi etmək istədiyi məlum oldu
Qətər 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün müraciət edəcək.
“RİA Novosti” xəbər verir ki, Yaxın Şərq ölkələrinin Olimpiya Komitəsinə müvafiq müraciət göndərilib.
Bu, Qətərin Olimpiadaya ev sahibliyi etmək üçün üçüncü cəhdidir. Ölkə əvvəllər 2016 və 2022-ci il Oyunlarına ev sahibliyi etmək üçün müraciət etsə də, hər iki cəhdi uğursuz olub.
Qətər Milli Olimpiya Komitəsinin prezidenti Şeyx Hoaan bin Hamad bin Xəlifə Əl-Tani Olimpiya Oyunlarının ölkənin inkişafına töhfə verəcəyini hesab edir.
Qətərə kimin rəqib olacağı da bilinir. Çin, Hindistan, Avstraliya, həmçinin, KXDR və Cənubi Koreya da oyunlara ev sahibliyi etmək istəyirlər.