SENSASİYA ! - “Rusiya ermənilərin “əl”i ilə münaqişə girdabına sürüklənir” - Tarix təkrarlanır?

 “Azərbaycan-Ermənistan münaqişəsi fonunda ermənilərin xidmətinə yenidən tələb yaranıb”

“İndi onlardan  Rusiyanı dağıtmaq missiyasında istifadə olunur”

“Buna görə də Rusiya hakim dairələrinin xarici qüvvələrin erməniləri yenə də işə salmalarından ciddi narahatlıq keçirməkdə əsasları var”


Tovuz hadisələrinin əks-sədası dünya dövlətlərindən, o cümlədən Türkiyədən, Rusiyadan, ABŞ-dan, Ukraynadan gəlməkdədir. Müxtəlif ölkələr baş verən hadisələrə fərqli münasibət göstərir, öz mövqeləri ilə seçilirlər. Ekspertlər isə müxtəlif səmtlərdən gələn dalğaları fırtınadan əvvəlki nişanə kimi xarakterizə edir, daha böyük və qlobal müharibələri istisna etmirlər. 


 

BDU-nun professoru, politoloq Əlimusa İbrahimov “Sherg.az”a açıqlamasında baş verəmn hadisələrin təkcə iki dövlət arasında olmadığını, digər ölkələrin, xüsusilə şimal qonşumuzun da ciddi zərbələr ala biləcəyini deyib:

“Azərbaycan – Ermənistan sərhədində baş verən münaqişənin əks-sədası Azərbaycan-erməni icmaları arasında toqquşmalar formasında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində daha qüvvətli hiss edilməyə başladı.

Doğrudur , dünyanın müxtəlif ölkələrinin böyük şəhərlərində lokal səviyyəli qarşıdurmalar yaransa da, bunlar diqqəti cəlb edəcək səviyyəyə qalxmadı. Moskva şəhərində baş verən hadisələr isə  azərbaycanlılarla ermənilər arasında   ilk dəfə bu səviyyədə təhlükəli həddə çatdı.

Milli-etnik münaqişə fonunda Rusiyanın təhlükəsizliyi üçün böyük təhdid yarandı. Rusiya hakimiyyət dairələri və mütəxəssislərin ciddi narahatlıq keçirməsi və qarşıdurmanın daha geniş kütlələri əhatə etmədən dayandırılması istiqamətində zəruri tədbirlərin görülməsi ciddi təhlükələrdən xəbər verir.

Orada yaxşı başa düşürlər ki, azərbaycanlılarla ermənilər arasında baş verən münaqişə çox qısa zamanda Rusiyada yaşayan türkdilli millətlərlə ermənilər arasında münaqişəyə çevrilə bilər. Belə olsa,  Rusiya bir qarant dövlət kimi ermənilərin arxasında dayana bilməz. Bu proqnoz deyil, artıq simptomları aşkar görünən hadisədir. Həm yerli, həm də xarici mətbuatda qazax, özbək, türkmən və qırğızların ermənilərə qarşı mübarizədə bizimlə həmrəy olmaları haqqında yetərincə məlumat var”.

Professorun fikrincə, Rusiyanın narahatlığı əsassız deyil. Tarix yenidən təkrarlana bilər:

 “Bu ölkə  hakimiyyətini və hüquq mühafizə orqanlarını narahat edən digər məsələ xaricdən olan qüvvələrin münaqişəyə müdaxilə etmələri və milli-etnik münaqişə vasitəsilə Rusiyanı daxili siyasi münaqişə girdabına atmaq istəmələridir. Yəqin ki, yaxın günlərdə xarici qüvvələrin Rusiyada milli-etnik münaqişəni    qızışdırmaq istiqamətində atdıqları addımlar haqqında Rusiya kütləvi informasiya vasitələrində məlumat veriləcəkdir. Amma Rusiyanın iki millət arasında ilk baxışdan kiçik görünən münaqişədən, xüsusilə ermənilərin qatıldığı münaqişədən -  narahatlıq keçirməsinin  ciddi səbəbləri var. Dağlıq Qarabağ münaqişəsinin başlanması və bu münaqişənin məhz ermənilərin başlaması hamıya məlumdur. Ermənilər SSRİ-nin zəifləməsindən istifadə edərək öz ərazilərini genişləndirmək iddiasına düşdülər. Beləliklə, güclü siyasi və iqtisadi böhran yaşayan imperiyanı dağılmasını sürətləndirdilər.  İndi ö dövrləri tədqiq edən araşdırmaların hamısında SSRİ-nin dağılmasının səbəblərindən biri kimi və əsası haqlı olaraq Dağlıq Qarabağ münaqişəsi, həmçinin erməni seperatizmi göstərilir. Dünyanı idarə edən beynəlxalq güclər bu və ya digər imperiyanın dağılmasında dəfələrlə ermənilərdən istifadə ediblər. Uzaq tarixdə belə misallar yüzlərlədir. Onların xain simaları tarix boyu bu məqsədlərə xidmət edib. Osmanlı imperiyasının dağılmasında ermənilərin rolu dediyimizin bariz nümunəsidir. Bu xainliklərinə görə, Atatürk və gənc türk dövlətindən  layiqli cavab almalarını onlar hələ də həzm edə bilmir.

Müasir İranın dağılması üçün də  xarici qüvvələrin ermənilərdən istifadə etmək  cəhdləri uğursuzluqla nəticələndi. Çünki Ermənistanla siyasi, iqtisadi, mədəni əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq, İran bu xain toplumu ciddi nəzarət altında saxlayır.

 Bu gün Azərbaycan-Ermənistan münaqişəsi fonunda ermənilərin xidmətinə yenidən tələb yaranıb. İndi onlardan  Rusiyanı dağıtmaq missiyasında istifadə olunur. Buna görə də Rusiya hakim dairələrinin xarici qüvvələrin erməniləri yenə də işə salmalarından ciddi narahatlıq keçirməkdə əsasları var. Əgər artıq gec deyilsə”.