Tibb işçisi: “Koronavirus testi Azərbaycanda da pulsuzdur...”

“Sadəcə özəl xəstəxanalarda ödənişlidir”


“Şikayəti olan vətəndaş təcili tibbi yardım çağırır və pul ödəmədən testdən keçir”


Fransada koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Covid-19 testi etmək pulsuz olacaq. Fransa Səhiyyə Naziri Olivye Veran açıqlamasında reseptlə alınan 54 avro (107 manat) dəyərində olan Covid-19 sürətli tanıma testini resept olmadan və pulsuz vətəndaşların ixtiyarına buraxdığını deyib.  

Mütəxəssislər testin pulsuz olduğu təqdirdə, pandemiyaya qarşı daha uğurlu nəticə əldə ediləcəyi qərarına gəldikləri üçün nazir vətəndaşlara belə bir jest edib.

 Həkim-pulmonoloq Günay Əliyeva analoji təcrübənin ölkəmizdə də tətbiq edilməsi ilə bağlı “Sherg.az”a münasibətini bildirib:

“Koronavirus testi Azərbaycanda sadəcə özəl xəstəxanalarda ödənişlidir. Digər hallarda isə şikayəti olan vətəndaş təcili tibbi yardım çağırır və pul ödəmədən testdən keçir. Resept məsələsinə gəldikdə isə qeyd edim ki, bu, müalicə üçün yazılan təyinat siyahısıdır. Əgər hələ diaqnoz qoyulmayıbsa, belə bir siyahıya ehtiyac olur”.