Deputat: “Virusa birlikdə qalib gələcəyik”

“Prezident İlham Əliyevin göstərişi ilə ölkəmizdə koronavirusla mübarizə çərçivəsində qısa müddətdə hazırlanan növbəti modul tipli xəstəxana Qobustan rayonunda istifadə verildi”. 

Bu sözləri “Sherg.az”a Qobustanı təmsil edən millət vəkili Şahin Seyidzadə deyib. 

Deputat bildirib ki, virusa yoluxan şəxslərin müalicəsinin yüksək səviyyədə təmin edilməsi məqsədi ilə atılan bu addımlar “COVID-19” pandemiyası dövründə səhiyyənin imkanlarının genişlənməsi üçün mühüm göstəricidir: 

“Qısa müddət əvvəl Milli Məclisdə təmsil etdiyim 50 saylı Abşeron-Qobustan seçki dairəsinə daxil olan Saray qəsəbəsində 3 korpuslu modul xəstəxana kompleksi istifadəyə verildi. Modul xəstəxanaların istifadəyə verilməsi səhiyyə sistemində vətəndaşlara xidmət üçün əlavə imkanların yaradıldığını sübut edir. Öz növbəmdə vətəndaşlarımızın sağlamlığının təmin edilməsi, yoluxanların müalicəsinin aparılması üçün görülən bütün işlərə görə, cənab Prezidentə təşəkkürümü bildirirəm. Koronavirusla mübarizəyə birlikdə qalib gələcəyik”.