Metropoliten sözçüsündən ŞAD XƏBƏR: “...Fəaliyyətimizi bərpa edəcəyik”

İndi insanları düşündürən əsas suallardan biri avqustun 5-dən sonra Bakı Metropoliteninin fəaliyyətinin bərpa olunub-olunmamasıdır.
Belə ki, Nazirlət Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu tarixə qədər metropolitenin qapıları sərnişinlərin üzünə bağlanmışdır. 

 Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov metropolitenin nə vaxt açılacağı ilə bağlı “Sherg.az”a məlumat verib:



“Operativ Qərargahın sonuncu qərarında metropolitenin avqustun 5-i, saat 6-00-dək fəaliyyətini dayandırması göstərilirdi. Hələ  başqa bir göstəriş yoxdur. Operativ Qərargah nə desə, onu da edəcəyik.
Əsas odur ki, metropoliten qapılarını açmağa hazırdır. Əgər növbəti qərar verilməsə, yəqin ki, avqustun 5-dən fəaliyyətimizi bərpa edəcəyik”.