Seda Sayan qərarı alqışladı

Saxta səhifələrdən insanları söymək artıq bitdi

 Xəbər verdiyimiz kimi Türkiyə Böyük Millət Məclisi (TBMM) sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Qanuna görə, xaricdən istifadəçisi 1 milyondan çox olan hər sosial şəbəkə platformasının fəaliyyəti ilə əlaqədar Türkiyədə ən azı bir təmsilçi təyin olunacaq və həmin təmsilçi sosial şəbəkələrdəki təhqir, böhtan, narkotik maddələrin təbliği və neqativ paylaşımlara görə məsuliyyət daşıyacaq. Əgər təmsilçi müəyyən edilməzsə, 5 mərhələdə cəza tədbirləri tətbiq olunacaq. Əvvəlcə 10 milyon türk lirəsindən başlayaraq 30 milyona qədər pul cəzası və sonuncu mərhələdə isə sosial şəbəkənin fəaliyyəti məhdudlaşdırılacaq. 
Yeni qərara sosial şəbəkələrdə təhqirlərlə məruz qalmış türkiyəli məşhurlardan cavab gecikməyib. 
Sherg.az xəbər verir ki, tanınmış müğənni Seda Sayan rəsmi hesabında “Sosial şəbəkə qadağası xeyirli olsun. Saxta səhifələrdən insanları söymək artıq bitdi. Əməyi keçənlərdən Allah razı olsun” sözlərini yazıb.